Bakıda ağır yol qəzası: 3 nəfər yanaraq öldü - VİDEO

Bakıda ağır yol qəzası: 3 nəfər yanaraq öldü -

Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb.

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən "Report"a bildirilib ki, hadisə zamanı "VAZ 2107"-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir. (“Report”)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...