"Ziya Məmmədov kimə neyləyib?" - Qardaşından əcaib açıqlama

Sabiq millət vəkili Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycanda özünə və ailəsinə məxsus bütün əmlaklarını satışa çıxarılması məsələsinə aydınlıq gətirib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, Ziya Məmmədovla bağlı yayılan məlumatlar kökündən yanlışdır və şaiyədən başqa bir şey deyil:
Yersiz və həqiqətə yaxın olmayan bir məsələyə vaxt ayırmağa dəyməz. Ziya Məmmədovdan başqa Azərbaycanda şəxsiyyət yoxdur? Axı kimə neyləyib? Bu qədər qərəz olar?
“Yeni Müsavat” qəzetinin yazdığına görə, sabiq nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlakları- hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir. Qəzet yazılıb ki, Məmmədovlar bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüz hesab edirlər.
DİA.AZ-dan: Ziya Məmmədovun qardaşının bu şəkildə açıqlama verməsi heç də anlaşılan deyil. Hər halda, hər kəs Ziya Məmmədovun, onun qoçularının binəva sürücülərin başına açdığı oyunları, neçə-neçə sürücünün hətta ölümünə səbəb olduqlarını, Ziya Məmmədovun "volya" verdiyi sürücülərin isə sərnişinlərin qatilinə çevrildiyini yaxşı xatırlayır, unutmayıb... Elton Məmmədovdan fərqli olaraq...
606 dəfə oxundu