Masallı bəladan xilas olacaqmı?

Rafil Hüseynovun “vurulması” gündəmə gəlib
Reaspublikamızın dilbər güşələrindən sayılan Masallı rayonu son illər ağır günlərini yaşayır. Rayonda gündən-günə artan problemlər masallıları narahat etməkdədir. Rayon icra başçısı Rafil Hüseynovun yarıtmaz fəaliyyəti nəticəsində vətəndaşlar bir sıra çətinliklərlə üzləşib və bu da onların sosial durumunda özünü çılpaq göstərməkdədir.
Rafil İsrafil oğlu Hüseynov Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Bu vəzifəyə təyinatından sonra Masallıda bir sıra problemlərin yaranmasının səbəbkarına çevrilən icra başçısı ona göstərilən etimadı doğrultmadı. Əksinə sadə vətəndaşların gündəlik qayğılarına şərik olmayan icra başçısı rayonun mühüm sahələrində rüşvətxorluğa və korrupsiyaya şərait yaratdı. Şəxsi maraqlarını rəhbər tutaraq Masallının təhsil və səhiyyə ocaqlarını iflic edən icra başçısı rayonda yaxşı mənada xatırlanacaq heç bir iş görmədi.
Realliq.info – nun araşdırmaları göstərir ki, Masallıda narazılıqların artdığı bir zamanda Rafil Hüseynov problemlərə biganə qalmağı ilə gündəmdən düşmür. İcra başçısının yarıtmaz fəaliyyəti nəticəsində rayonda infrastuktur iflic vəziyyətindədir. Rayonun mərkəzi ilə bir sıra kəndləri birləşdirən yollar demək olar ki, keçilməz hala düşüb.
Redaksiyamıza rayonun Çaxırlı, Şərəfə, Rüdəkənar, Mahmudavar və s. kəndlərindən daxil olan məlumatlar da deyilənləri təsdiq edir. Kənd sakinlərinin müraciətləri isə Rafil Hüseynovu narahat etmir və icra başçısı Masallıya qənim kəsilməkdə davam edir.
Masallı bəladan xilas olacaqmı?Masallı bəladan xilas olacaqmı?
Masallının mərkəzi yolları da Rafil Hüseynovun fəaliyyətinin nümünəsi sayıla bilər. Icra başçısının “böyük əməyi” nəticəsində rayonun mərkəz yolları bərbad gündədir. Yağışlı havada yollarda böyük gölməçələrə şahidlik edən masallılar aidiyyatı qurumlara dəfələrlə şikayət etsələrdə nəticə yoxdur.
Xatırladım ki, Respublikanın cənub bölgəsi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. Fövqəl nazirin səyi nəticəsində rəzil günə qalan cənub rayonları hazırda etirazlaın mərkəzinə çevrilməkdədir.
Realliq.info – ya etibarlı mənbədən daxil olan məlumatda qeyd olunur ki, Kəmaləddin Heydərov Masallıda gündən-günə artan narazılıqları bir müddət susdurmaq üçün Rafil Hüseynovun yerini dəyişmək istəyir.
Plana görə, Rafil Hüseynov Xızı rayonuna icra başçısı təyin olunacaq. Xızı rayon icra başçısı Xəzər Aslanov isə Masallının yeni bəlasına çevriləcək. Realliq. info – nun arşdırmasında o da qeyd olunur ki, Xızı rayon icra başçısı Xəzər Qəşəm oğlu Aslanov Kəmaləddin Heydərovun ən yaxın kadrlarından biridir.
Aslanovun atası Qəşəm kişi Fövqəl nazirin atası Fəttah Heydərovla yaxın dost olub. Xəzər Aslanovun qardaşı Rövşən Aslanov Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin rəisi vəzifəsində çalışıb. Hazırda nazirlikdə şöbə müdiridir. Aslanovların yeznəsi İsmayıl Vəliyev Neftçala rayon icra hakimiyyəti başçısıdır. Təsadüfü deyil ki, Aslanovlar mediada Kəamləddin Heydərovun onlara borclu olduğunu səsləndiriblər. Hətta, Rövşən Aslanovun Fövqəl nazirlə Türkiyədə böyük biznes şəriki olduqları haqqında iddialar var.
Masallıda bu yaxında baş verəcək icra başçısı dəyişikliyinin rayona yeni nəsə vəd edəcəyinə əminlik yaratmır. Hamıya məlumdur ki, Kəmaləddin Heydərovun yaxın çevrəsində olan icra başçıları millətin qəniminə çevrilmək tapşırığı alırlar.
Mövzuya qayıdacağıq.
857 dəfə oxundu