İsmayıllının baş baytarı özünü təkzib edir

İsmayıllının baş baytarı özünü təkzib edir
Heyvan tələfatı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin xəbəri yoxdur

Report-un Şirvan bürosunun məlumatına görə, İsmayıllı rayonunda iri buynuzlu mal-qara arasında naməlum səbəbdən tələfolma halları qeydə alınıb. Rayonun Qubaxəlilli kəndinin sakinləri bildirib ki, son 10 gün ərzində fərdi təsərrüfatlarda 15-ə yaxın iri buynuzlu heyvanın ölümü hansısa xəstəliyin olmasından xəbər verir.
İsmayıllının baş baytarı özünü təkzib edir

Kənd sakini Maqsud Babayev bildirir ki, heyvanlar arasında naməlum yoluxucu xəstəlik yayılıb. İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahəliyev isə strateq.az-a bildirib ki, iribuynuzlu heyvanların tələf olmasının səbəbini yoluxucu xəstəliklərlə bağlamaq doğru deyil. Belə ki, son aylar bir sıra yoluxucu xəstəliklərə qarşı mal-qaraya vaksinlər vurulub. Son günlər kənddə tələf olan mallardan nümunələr götürülərək Respublika Baytarlıq İdarəsinə göndərilib. Araşdırmadan sonra tələfolmanın səbəbi bəlli olacaq: “ İsmayıllı rayonunda 51624 iribuynuzlu malqara, 180455 xırda buynyzlu heyvan və 1586 təkdırnaqlı heyvan qeydə alınıb. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün dövlət tərəfindən pulsuz vaksinləmə aparılır”.

Barat Şahəliyev öz açıqlamasında özünü təkzib edir. O, deyir ki, heyvanların tələf olmasının səbəbini yoluxucu xəstəliklərlə bağlamaq doğru deyil, sonra da əlavə edir ki, araşdırmadan sonra tələfolmanın səbəbi bəlli olacaq. Məsələyə aydınlıq gətirmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxlamaq cəhdimiz nəticəsiz oldu.
İsmayıllının baş baytarı özünü təkzib edir

Məsələ ilə bağlı Azərbaycan Fermerlər Birliyinin rəhbəri Sadıq Murtuzayev LEGİON-a bildirdi ki, əksər hallarda heyvanların tələf olmasının səbəbi baytarların vaxtında yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görməməsidir: “ Çox nadir hallarda heyvanlar yemdən-qidadan ölə bilər”. Biz məsələyə aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. O, LEGİON-a bildirdi ki, İsmayıllı rayonunda heyvan tələfatı ilə bağlı məlumatı yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...