Ərdoğan sözünü tutdu - Suriyada böyük əməliyyat başlayır - VİDEO

Ərdoğan sözünü tutdu - Suriyada böyük əməliyyat başlayır -
Türkiyə Suriyada yaradılan «kürd kolidorunu» ləğv etmək üçün yeni əməliyyata başlayacaq.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlarda ilk hədəf Suriyanın Tel-Abyad bölgəsi olacaq.

Türkiyə sərhəddindən başlayacaq əməliyyatlarda «qırmızı xətt» hesab edilən bölgələr PYD\YPG silahlılarından təmizlənəcək.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvətləri Azad Suriya Ordusunun dəstəyi ilə «Fərrat Qalxanı» adı altında Cerablusdan başlayaq Çobanbəyli, Dabıq və Əl-Bab bölgələrini İŞİD və YPG silahlılarından təmizləyib. Bu ərazi təxminən 2 min 15 km məsafə edir.

Hazırda Türkiyə ordusu Suriya sərhəddinə çox sayda hərbi texnika toplayır. Xatırladaq ki, Türkiyə prezidenti referendumdan əvvəl Rəcəb Tayyib Ərdoğan Suriyanın İŞİD və YPG silahlılarında tamamilə təmizlənəcəyini demişdi.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...