İşdən qovulan başçı müavini vəzifəyə can atır

 İşdən qovulan başçı müavini vəzifəyə can atır


Tovuz rayon icra başçısının müavini Mahir Həsənov iki həftədən artıqdır ki, işdən çıxarılıb. Bu barədə Axar.az-a məlumatı verən mənbənin sözlərinə görə, onun barəsində cinayət işinin qaldırılması haqda rəsmi məlumat yoxdur. Qeyd edək ki, Ölkə.az M.Həsənovun vəzifəsindən sui-istifadə etdiyi üçün işdən çıxarıldığı və barəsində cinayət işi açıldığını yazıb.

***

Mahir Həsənov barəsində cinayət işi qaldırılmayıb, ancaq onun vəzifəsindən sui-istifadə etdiyi barədə rayonda söz-söhbət səngimir.

Bu barədə Axar.az-a Tovuz rayonundakı adının çəkilməsini istəməyən etibarlı mənbədən məlumat daxil olub. İddiaya görə, vəzifədən çıxarılan başçı müavini hazırda Dairə Seçki Komissiyalardan birinə (dairənin adı da qeyd olunur) sədr təyin olunmaq üçün müraciət etdiyini yaxın ətrafına bildirib.

Tovuz Rayon İcra Hakimiyyətindən Musavat.com-a verilən açıqlamada da M.Həsənovun işdən çıxdığı təsdiqlənib, ancaq onun barəsində cinayət işinin açıldığı ilə bağlı məlumatın yalan olduğu vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...