Ərdoğan-Putin görüşü öncəsi - Türkiyədən Rusiyaya jest

Ərdoğan-Putin görüşü öncəsi -


Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini daha 90 günə kimi artırıb.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, əvvəllər Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idisə, bu gün həmin müddət 90 günədək uzadılıb.

Nazir onu da qeyd edib ki, yeni qərar Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncəsi Ankaranın Moskvaya verdiyi müsbət mesaj ola bilər.

Xatırladaq ki, mayın 3-də Putinlə Ərdoğan Soçidə görüşəcəklər.

Qeyd edək ki, Rəsmi Moskva 1 yanvar 2016-cı ildən etibarən Türkiyə vətəndaşları üçün viza tətbiq edilməsi barədə qərar çıxarıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...