Mərkəzi Bankın səlahiyyətləri məhdudlaşdırıldı

Mərkəzi Bankın səlahiyyətləri məhdudlaşdırıldı


Milli Məclis “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanuna dəyişiklikləri müzakirəyə çıxararaq qəbul edib. İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Komitə sədrinin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq bu maddə ləğv edilir. Komitə sədri deyib ki hazırda qüvvədə olan maddə aşağıdakı kimidir:

“Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi 49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.

49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir”.

Beləliklə də, Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır.
İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov “deməli, həmin səlahiyyətlər Nəzarət Palatasına verilir” əlavəsini edib və səsvermə ilə dəyişikliklər qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
237 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...