Qoşulub qaçan qızlarla bağlı universitetdən AÇIQLAMA: "Valideyni ilə aralarında..."

Qoşulub qaçan qızlarla bağlı universitetdən AÇIQLAMA:


Gəncə Dövlət Universitetinin prorektoru iki tələbə qızın bir-birinə qoşulub qaçması məsələsinə münasibət bildirib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva Unikal.org-a açıqlayıb ki, qızlar barəsində yayılan məlumatlar həqiqəti əks etirmir: "Tələbə qızlardan biri Gəncədən, digəri isə Goranboyun kəndlərinin birindəndir. Qızlardan biri universitetin 4-cü kursunun Fransız dili fakultəsində təhsil alır və onlar aprelin 24-dən tətildədirlər. Goranboylu qız isə İngilis dili fakultəsinin 3 kurs tələbəsidir. Bu həftənin 1-ci günündən, yəni aprel ayının 24-dən sözügedən tələbəmiz Universitetə gəlmir. Gəlmədiyi günlər üçün də qayıb yazılıb”.

Tələbələrin bir-birinə qoşulub qaçmasına gəlincə, prorektor qeyd edib ki, məslə ilə bağlı hər iki qızın valideyni ilə əlaqə saxlayıb: "Şəxsən mən hər iki qızın anası ilə danışmışam. Əvvəla, valideyinlərinin sözlərinə istinad edərək deyə bilərəm ki, yazılanlar həqiqəti əks etdirmir. Sadəcə bu məsələnin şişməsinə səbəb tələbə qızlardan birinin valideyni ilə aralarında söz söhbətin yaranması olub. Həmin tələbənin anası mənə dedi ki, hazırda hər şey yaxşıdır, sadəcə aralarında kiçik anlaşılmazlıq olub, qızı evdədir, narahatçılığa səbəb yoxdur. Digər tələbə qıza gəlincə, onun anası qızının yanında olduğunu və özünü narahat hiss etdiyi üçün universitetə gəlmədiyini vurğulayıb. Bu günki yazılanlardan sonra qız özünü daha çox narahat hiss edib. Məsələ ilə bağlı hər iki valideyni təlimatlandırdıq. Yayılan məlumatların yanlışlığını nəzərə alıb, məhkəməyə müraciət etmələrini tövsiyyə etdim. Şükürlər olsun ki, Milli Məclisdə yalan məlumat yayan media orqanları ilə bağlı qanun qəbul edilib. Hər ikisinə bu qanundan yararlanmağı məsləhət gördüm”.

G.Fətəliyeva qızların Türkiyəyə getməsi məsələsinə də aydınlıq gətirib: "Bir daha qeyd edirəm ki, belə bir hal yoxdur. Hər iki qız valideyinlərinin yanındadırlar. Tələbələrimizdən biri dünən dekanın yanında da olub”.

Xatırladaq ki, Azərbaycanda iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı xəbər dərc edilib. Ölkə.az saytının yaydığı xəbərdə hər iki qızın cinsi azlıq nümayəndəsi olması və çoxdandır bir-birini "sevməsi" iddia olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...