“Nə peşəkar çekist, nə də ziyalı ola bildilər” - Əli Həsənov keçmiş MTN-çilərdən danışdı

“Nə peşəkar çekist, nə də ziyalı ola bildilər” -

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində "Heydər Əliyev -Dövlət Təhlükəsizlik Orqanlarının ilk azərbaycanlı generalı" ümumrespublika konfransında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

GUNDEMINFO-nun verdiyi xəbərə görə, Ə.Həsənov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təhlükəsizlik xidməti milliləşib və milləti təhlükələrdən qoruyan sistemə çevrilib: “Xalqın milliləşməsi mövzusunda əsərlər yazıldı, amma digər ölkələrdə olduğu kimi şəxslər təqib olunmadı. Əksinə, ali məktəblərdə təbliğatı aparıldı.

Amma bir neçə il öncə bəzi dırnaqarası generallar Heydər Əliyevin siyasətini davam etdirmək əvəzinə, Azərbaycanın təhlükəsizlik sisteminin nüfuzuna xüsusi hazırlanmış Anti-Azərbaycan qüvvələrinin vura bilmədiyi zərbəni vurdular. Sizin keçmiş sələfləriniz ziyalı ailəsində dünyaya gəlsələr də, nə peşəkar çekist, nə də ziyalı ola bildilər. Onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmağa yaramırdı.

Heydər Əliyevin uğurlu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizin strareji yol xəritəsi hazırlanıb. Cənab prezidentin dediyi kimi, Azərbaycan heç zaman bugünkü kimi güclü, müstəqil olmayıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...