“Ana-balanı verirdik, 150 manat alırdıq” - VİDEO

“Ana-balanı verirdik, 150 manat alırdıq” -

Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə, Qobu qəsəbəsi sakinləri tərəfindən şikayət xarakterli məktub daxil olub. ARB TV xəbər verir ki, vətəndaşalar son 2 ay müddətində otlaq sahəsindən 10-a yaxın atın yoxa çıxmasını bildiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq atların, Salyan bazarında satılması müəyyənləşdirilib.

Satıcı Fizuli Babayev ilkin ifadəsi zamanı heyvandarlıqla məşğul olduğunu, atları isə Arif, Xanqulu və Sədrəddin adlı şəxslərdən aldığını deyib.

Fizuli Babayev – Şahid: “Mən Arif və Sədrəddinlə 4 dəfə görüşmüşəm. 10 at gətiriblər. Bərdə də və Salyanda satmışam. 150 və 200 manata almışam. 150-ə aldığımı 200-ə, 200-ə aldığımı, 250-ə satmışam. 10 dənəsinin 1-i də boğularaq ölüb”. Baxmayaraq ki, Fizuli Babayev şəxslərdən 10 at aldığını qeyd etdi, amma saxlanılan şəxslər cəmi 6 at satdıqlarını bildiriblər.

Arif Əliyev – Saxlanılan şəxs: “6-7 at gətirib, Lökbatanda Fizuli adlı şəxsə verdik. Ana-balanı verirdik, 150 manat alırdıq”. Xanqulu Mirzəyev – Saxlanılan şəxs: “3 nəfər olmuşuq, 2 nəfər gedib at gətirirdik. Hərəyə 2 atı 150 manatdan satmışıq. Yeyəsi yanında yox idi deyə, götürüb satmışıq”. Faktla bağlı Abşeron rayon polis şöbəsində, cinayət məcəlləsinin oğurluq maddəsilə başlayan cinayət işi üzrə araşdırmalar davam edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...