Erməni fermerlər etiraza qalxdı - Video

Erməni fermerlər etiraza qalxdı -


Bu gün Ermənistanın hökümət binası qarşısında bir qrup vətəndaş əmlak hüququnun pozulması ilə bağlı etiraz aksiyası keçirib.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Şimal Prospekti”nin keçmiş sakinləri və “Dalma bağları”nın keçmiş fermerləri oz mənzillərinə, torpaqlarına qayıtmaq və ya kompensasiya təmin edilməsi üçün tələblər irəli sürüblər.

Aldadılan sakinlər İrəvan şəhər meri Taron Markaryanın onların heç bir problemlərini həll etmədiyini bildirib: “Taron Markaryan bizim problemlərimizi həll etmədi və həll etməyəcək. 13 ildir ki, mübarizə aparırıq, nə ümiddən söhbət gedə bilər? Taron Markaryan 5 ildir şəhər meri olsa da, bizim problemi həll edən olardı. Biz bilsək ki, o bizim problemi həll edəcək onu o zaman seçərik”- deyə, etiraz edən sakinlər bildirib.

Xatırladaq ki, sosial-ictimai vəziyyətin günü-gündən ağırlaşdığı Ermənistanda parlament seçkilərindən sonra keçiriləcək İrəvan şəhər meri seçkiləri ərəfəsində keçirilən etirazlar vəziyyəti daha da ağırlaşdıracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
266 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...