Masonların “insan qanından hazırlanır” dediyimiz sirli içkisi - MARAQLI
“"Ya Musa! Allahı açıq-aşkar görmədikcə sənə inanmayacağıq" demişdiniz də, gözləriniz görə-görə sizi ildırım vurmuşdu. Ölümünüzdən sonra şükr edəsiniz deyə sizi yenidən diriltdik. Buludla sizi kölgələndirdik, qüdrət halvası və bildirçin endirdik, (Verdiyimiz ruzilərin yaxşı və gözəl olanlarından yeyin) - dedik. Onlar bizə deyil, ancaq özlərinə pislik edirdilər”. Bəqərə 2/57
Bir çox İslam aliminə görə bu ayədə bəhs edilən qüvvət halvası manna. Səhrada tapılan 40 illik bir zaman kəsiyində bu nemətdən HƏZRƏT Musanın qövmü istifadə edib. Ancaq mannanın hekayəsi daha da qədimlərə söykənir. Bəzi tədqiqatçılara görə manna ilk olaraq itkin qitə Mu-da kəşf edilib, adı da Munnadır. Yəni Munin içəcək. 1904-ci ildə Misir politoloqlar Sina yarımadasında çıxdıqları səfər zamanı 2070 metrlik bir məbəd kəşf edirlər. Məbədin bir hissəsi aşkarda tikilmişkən, digər yarısı isə arxasında olan bir dağın içərisinə oyulmuş formada olur. Məbəddə aparılan tədqiqatlar zamanı da bir qabın içsində qəribə toz tapılır. Tozla bağlı aparılan daha geniş tədqiqatlar nəticəsində həmin tozun o günə qədər hamının eşitdiyi, ancaq varlığı isbat edilməyən manna olduğu məlum olub.
Manna qədim Mezapotamya mədəniyyətlərində şamanna olaraq bilinirmiş. Qədim Misirdə bu iksiri fironların və kübarlar istifadə edirmiş. Bundan başqa, Qədim Misirdə İnsiyeler adlı bir təriqət tələbələrini kahin sinfinə çıxarmaq üçün onları daş bir tabuta bağlayıb çox az tərəvəz və manna ilə bəsləyirmiş. Yalnız xüsusi ehtiyaclarını ödəmək üçün tabutdan çıxmalarına izin verirmişlər. 2 il beləcə tabutda saxlanılan tələbələr ikinci ilin sonunda təhsili bitirərək astral səyahətə çıxa və ruhi varlıqlarla ünsiyyət qura bilərmişlər.
Manna qızıl elementinin müəyyən bir şəkildə yandırılaraq müxtəlif mürəkkəb kimyəvi proseslər ilə əldə edilən monoatomik ağ tozudur. Bu ağ toz yüksək dövrlü qızıl və platin qrupu metallardan ibarətdir. Mannanın istifadəsinə başlanmazdan əvvəl 40 günlük heyvani məhsulların yeyilmədiyi xüsusi pəhriz tətbiq olunur. Nizamlı olaraq istifadə edildiyində xərçəngi yox edir, bədxassəli şişləri aradan qaldırır, beynin daha çox neyron istehsal edərək daha çox işləməsini təmin edir, 6-cı hissi açır, ayrıca bir çox xəstəliyə yaxşı təsir edir.
Müxtəlif İslam alimlərinin izahına görə, 7 qat səma və bunların içərisində 18 ayrı keçid səviyyəsi var. İndiyə qədər dünyada yaşamış insanların ən üstünü də ən çox 6-ci mərtəbəyə yüksələ bilib. Hər mərtəbədə və səviyyədə biz insanlara bildirilən, yaxud bildirilməyən minlərlə varlıq var. Mannanı istifadə edən şəxs əlaqəyə girəndə bu səviyyələrdəki varlıqlarla da təmasa keçə bilər.
Tibbi dillə izah etsək, beynimizdə yerləşən epifiz vəzi az miqdarda, lakin mütəmadi olaraq melatonin və seratonin hormonu ifraz edir. Epifiz vəzi melatonini pineolasit adı verilən hüceyrələrindən ifraz edir. Pineolasit hüceyrələri işığa həssasıdır. Elektromaqnit dalğa sıxlığı artırdıqca melatonin ifrazı azalır. Pinolin isə xarici ifrazat vəziləri və ya ekzokrin vəzilər adlandırılan sinifdə fəaliyyət göstərir, ifrazatlarını xüsusi bir kanal vasitəsilə, ya da bilavasitə bədən xaricinə verir. Ekzokrin vəzilər stroma və parankima adlanan iki hissədən ibarətdir. Ekzokrin vəzilərin bağ toxumadan ibarət olan qisminə stroma, epitelial toxumadan ibarət olan qisminə parankima deyilir. Tüpürcək vəziləri, dəridəki tər və piy vəziləri ekzokrin vəzilərə nümunədir. Ekzokrin vəzilər embrionik inkişaf zamanı örtük epitellərindən qidalanaraq inkişaf edir. Bu maddə eyni zamanda bitkilərdən əldə edilən bir narkotika olaraq istifadə edilir. İnsan beynindəki DMT istehsalı adətən çox az miqdarda olduğu üçün psikedelik təsirlərini sınamağın bir yolu onu xaricdən almaqdır. Bu narkotik insanların fərqli ölçüləri qəbul etməsini mümkünləşdirir. DMT istifadə etmiş, ya da bu maddəyə məruz qalmış adamlar bir növ hissiyatla bağlı təcrübə topladıqlarını iddia edirlər. Normalda bütün psikedelik maddələr hər bir fərdə özəl bir sıra qarabasmalara səbəb olur. Amma DMT istifadə edən insanların yaşadıqları təcrübələr bir-birinə çox bənzəyir. Bütün kainata baxışlarının dəyişdiyini və hissiyatlarının gücləndiyini deyirlər. Kahinlərin beyinlərinin də yüksək DMT ifraz etdiyi bilinir, ancaq buna nəyin səbəb olduğu hələ də məlum deyil.
Xalq arasında Peyğəmbər xəstəliyi kimi tanınan “temporal lob epilepsiyası” xəstəliyini yaşayan insanların beynində yüksək miqdarda DMT ifraz olunduğu üçün bir sıra şizofrenik qarabasmalara səbəb olur. Ancaq elm adamları dərin araşdırmalar aparsalar da bu şizofrenik vəziyyəti hələ də açıqlaya bilmirlər. Son illərdə bu vəziyyət elm dünyasında böyük qarışıqlıqlar yaratmışdı. Manna isə istifadə edilən bütün xarici maddələrdən daha yüksək səviyyədə melatonin və seratonin hormonu ifrazını təmin etməklə beyin daxilində neyronlar arasındakı elektrik aktivliyi gücləndirir. Bu səbəblə beynin az çalışan, daha doğrusu, əlçatmayan-hökmedilməyən nöqtələrinə çatdırılır və bütün şüuraltı fəaliyyətləri insanın şüur səviyyəsində nəzarət altına almasına imkan verir.
Beynimiz bizim təşəbbüsümüz xaricində gündə orta hesabla 1 milyard əməliyyat həyata keçirir. Beynimizin bu qədər böyük bir qisminə nəzarət etməyimiz, məsələn, yeni bir xarici dili 1 gündə ana dilimiz kimi danışmağımıza, bitkilərlə, heyvanlarla ünsiyyət qura bilməyimizə, çoxlu riyazi əməliyyatları çətinlik çəkmədən həll etməyimizə, suyun əslində canlı olduğunu bilərək molekulyar mənada suyun axınını izləməyimizə, bir sözlə, yaşadığımız dünyaya artıq tamamilə başqa bir gözlə baxmağımıza səbəb olur.
Mannanın təsirləri haqqında bildiklərimiz yalnız buz dağının görünən üzüdür. Bu sirrlərlə dolu qızıl tozunun məlum olmayan bir çox funksiyası da var. Tarix boyu antik mədəniyyətlərdə istifadə edilmiş bu maddə mədəniyyətlərin süqutu ilə gizli təriqətlərin sayəsində günümüzə gəlib çatıb. Lakin kimyaçı ekspertlər manna formullarını funksiyaları baxımından 3 yerə ayırıblar. İlk formulu birbaşa istifadə etmək elmə və sirrə bələd olmayan şəxslər üçün son dərəcə təhlükəlidir. Ən geniş yayılmış və yüngül olanı zehni aydınladan və bədəni yeniləyən funksiyalara malik olan “gənclik mannası” adlandırılan formuldur. Günümüzdə bəşəriyyət tərəfindən çox bilinməsə də masonlar tərəfindən xüsusi kimyaçılara hazırlatdırılır.
30-cu dərəcəyə yüksələn bir masonun ilk olaraq öyrəndiyi sirrli maddə budur. Başqa sözlə, mannanı 30-cu və yuxarı dərəcəli masonlar istifadə edir. Bundan başqa dünyada bir çox siyasətçi və iş adamının çox baha qiymətlər müqabilində masonlardan bu maddəni satın aldığı məlumdur. Bəzi siyasi liderlərin yaşlı olmasına baxmayaraq çox gümrah görünməsinin, kreslolarına daha six yapışıb oturmalarının da səbəbinin manna olduğu deyilir.
Əsas formul isə yalnız 33-cü dərəcəyə çatmış ustad masonlar ilə yüksək dərəcəli illuminatorlar 300-lər şurasındakı Sionistlər işçi qruplarındakı ixtisaslarına görə istifadə edirlər. Əsas formul ilə həm bədən güclərini təmin edir, həm də ruhi varlıqlarla ünsiyyət qururlar. Mason lojasında 33-cü dərəcəli masonların şeytana tapınma ayinin görüntüsünün mediaya əks olunmasından sonra onların şeytanla birbaşa ünsiyyət qurmaq üçün mannadan istifadə etdikləri güman edilir.
1558 dəfə oxundu