MTN Elçin Behbudova niyə hər ay 2 min verib? – ŞOK

MTN Elçin Behbudova niyə hər ay 2 min verib? –


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindən (MTN) hər ay aldığı pul mükafatının miqdarı bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub.

MTN-də mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidov ibtidai istintaqa ifadəsində göstərib ki, əlaqə saxladığı etibarlı şəxslər - “BET”-ə və “TT”-yə, Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqə saxladığı “İƏ”-yə raportlarda göstərilən məbləğlərdə vəsait ödənilib.

Etibarlı şəxs “BET” - Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Məcidov tərəfındən etibarlı münasibətlər yaradılıb. Ona 25 noyabr 2013-cü il tarixli 6/1/6543 saylı raportla hər ay 2000 manat mükafatı təyin olunub.

31 may 2014-cü ildə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib. “BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.

Əlavə olaraq vurğulanıb ki, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.

Məlumat üçün bildirək ki, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 2015-ci ilin noyabrın 14-də vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...