Bu oyunla insanları intihara çağıran gənc həbs edildi

Bu oyunla insanları intihara çağıran gənc həbs edildi


Rusiyada adamları intihara səsləyən şəxs təqsirini boynuna alıb.

Axar.az xəbər verir ki, Rusiyadakı gənclərin intihar etməsinə səbəb olaraq göstərilən “Mavi Balina” (Blue Whale Challange) adlı oyunun yaradıcısı 21 yaşlı Flipp Budeikin növbəti dəfə məhkəmə qarşısına çıxarılıb. Oyunun mahiyyəti haqda danışan gənc bununla cəmiyyətdə təmizlik işləri apardığını bildirib.

Qeyd edək ki, 50 gün ərzində sürətlə yayılan oyun adamlara şüuraltı olaraq “intihar et” mesajını ötürüb.

Oyunda həmçinin gənclərə özlərinə acı vermək, qorxu filmi izləmək və gecə yarısı oyanmaları üçün təlimatlar verilib. Son təlimat kimi isə onlara həyatlarına son vermələri tapşırılıb.

Flipp Budeikin 16 yaşlı gənc qızı bu yolla intihara sürükləməkdə günahlandırılaraq ötən ilin noyabr ayında həbs edilib. Hazırda o, Sankt-Peterburq şəhərindəki həbsxanaların birində saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...