Prezidentin açdığı 422 metrlik körpünün - VİDEOSU

Prezidentin açdığı 422 metrlik körpünün -


Pirallahı adasını dəniz üzərindən Abşeron yarımadası ilə birləşdirən yeni körpünün görüntüləri yayılıb.

BakiPost.azxəbər verir ki, "Azəravtoyol” ASC-nin yaydığı görüntülərdə avtomobillərin artıq körpü üzərindən hərəkət etdiyi və maraqlı mənzərə əks olunub.

Xatırladaq ki, yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 422, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Pirallahı körpüsünə girişdə yanaşma yolunun uzunluğu 1,1 kilometrdir. Yolun köhnə eni 7 metr olub, yenidənqurmadan sonra 25 metrə çatdırılıb. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 16 metrdir. Pirallahı körpüsündən çıxışda yanaşma yolunun uzunluğu isə 850 metrdir. Bu yolun eni 15, hərəkət hissəsinin eni isə 12 metrdir.

Onu da bildirək ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 11-də körpünün açılışında iştirak edib.

Körpünün görüntülərini təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...