Xətai rayonunda ekoloji fəlakət yaşanır- FOTOLAR

Xətai rayonunda  ekoloji  fəlakət yaşanır-


Bakının Xətai rayonu ərazində yaşanan “yaşıllıq” soyqırımı və dənizin çirkəndirilməsi həyacan təbilini çalınmasına əsas verir. Gununsesi.info məlumat verir ki, Ukrayna dairəsində salınan Heydər Əliyev Parkının bir hissəsi satılaraq, oradakı yaşıllıqların məhv edilməsi prosesi artıq 2 ilə yaxındır ki davam edir. Həmin parkla üzbüzə şam ağaclarından ibarərət yaşıllıq zolağı da bir neçə ildə tamamilə məhv edildi.

İndi isə proses Gəncə prospektində davam etdirilir. Belə ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında yerləşən, Gəncə prospekti 30-da təqribən onlarla hektarlıq ərazidəki ağaclar son günlərini yaşayır. Şəkillərdən də göründüyü kimi ərazi hasara alınıb və ağaclar hissə-hissə kəsilir.

Ümumiyyətlə, Xətai rayonu ərazisinin abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin necə icra olunduğunu fotolardan da görmək mümkündür. Gəncə prospektində yolun kənarında tikilən divara üzlüyün vurulması prosesi 3-4 ildir ki, yarımçıq dayandırılıb. Bu müddət ərzində bütün üzlük daşlar əsas avtomobil yolunun kənarında asfaltın üzərində qalıb. Hazırda yarımçıq qalmış bu “abadlaşmanın” nə vaxt bitəcəyi, ümumiyyətlə, bitib-bitməyəcəyi məlum deyil.

Sözügedən rayonun ərazinə düşən dəniz sahilində isə tam ekoloji bir fəlakət yaşanır. Bu fəlakət Heydər Əliyev adına Ali Hərbi Məktəbin də yerləşdiyi ərazidə, dəniz sahilində baş verir. İllərlə sahil zolagının qanunsuz satılması nəticəsində fəsadlar daha da böyüməyə başlayıb. Ərazidəki yaşayış massivlərinin çirkab suları və zibilliklər dənizə tökülür. Nəticədə çirkaba və natəmizliyə görə sahilə yaxınlaşmaq mümkün deyil.
Xətai rayon İcra Hakimiyyəti ekoloji fəsad gətirən bu problemlərin qarşısını almazsa, rayon Bakının ən çirkli ərazilərindən birinə çevriləcək.


Xətai rayonunda  ekoloji  fəlakət yaşanır-
Xətai rayonunda  ekoloji  fəlakət yaşanır-
Xətai rayonunda  ekoloji  fəlakət yaşanır-
Xətai rayonunda  ekoloji  fəlakət yaşanır-
Xətai rayonunda  ekoloji  fəlakət yaşanır-



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...