Zərdabda torpaq üstündə dava düşüb, bir nəfər biçaqlanıb - VİDEO

Zərdabda torpaq üstündə dava düşüb, bir nəfər biçaqlanıb -

Zərdab rayonunda torpaq üstündə dava düşüb.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəyimli qəsəbəsində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 67 yaşlı Murad Süleyman oğlu Mamedovla adları açıqlanmayan şəxslər arasında torpaq üstündə mübahisə baş verib. Nəticədə məcburi köçkün bir neçə bıçaq xəsarəti alıb. Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, M.Mamedovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...