Mirşahindən qardaşının həbs xəbərinə - Reaksiya

Mirşahindən qardaşının həbs xəbərinə -


Telejurnalist Mirşahin Ağayev qardaşı Mirəddin Ağayevin həbsi barədə yayılan məlumata münasibət bildirib.

Gundeminfo.az-ın məlumatına görə, qardaşının həbsini şərh edən Mirşahin Ağayev virtualaz.org-a bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib: “Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur”.

M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil.

Yayılmış məlumata əsasən, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. O, ötən ilin noyabr ayında Qəzənfər Qəzənfərov adlı şəxsin şikayəti əsasında istintaqa cəlb olunub. Q.Qəzənfərov iddia edir ki, Mirəddin Ağayev dələduzluq yolu ilə 2000 manat pulu mənimsəyib. Fakt üzrə cinayət işi başlanıb və bir müddət sonra Mirəddin Ağayev Yardımlı rayonunda saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
419 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...