Statistika Komitəsi hansı qurumları 500 manatadək CƏRİMLƏYİB? – RƏSMİ AÇIQLAMA

Statistika Komitəsi hansı qurumları 500 manatadək CƏRİMLƏYİB? –

Azərbaycanda Dövlət Statistika Komitəsinə verilən səlahiyyət əsasında, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Unikal.org sözügedən qaydalara əməl etməyən və nəticədə cərimələnən qurumların siyahısı və məbləği ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu göndərib.

Sorğuya isə cavab belə olub:

""Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən statistikanın aparılması üçün yığılan, işlənən və məlumatlar bazasına daxil edilən, birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və beləliklə də, ilkin məlumatların əldə edilməsinə imkan verən hüquqi və fiziki şəxslərin ilkin statistik məlumatları konfidensial sayılır və statistik sirdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...