“Putinlə vacib görüşüm var”- D.Tramp Vyetnam səfərindən danışdı

“Putinlə vacib görüşüm var”-

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vyetnamda keçiriləcək Asiya-Sakit Okean İqtisadiyyat Şurasının (APEC) iclası zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcək.

Virtualaz.org bildirir ki, bu barədə “Fox News” məlumat yayıb. “Bu, olduqca önəmli səfərdir. Putinlə görüşümüz baş tuta bilər. Onlar bizə Şimali Koreya, Suriyada yardım edə bilərlər. Biz Ukrayna barədə də danışmalıyıq”, - deyə Tramp bildirib. Bu arada Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da ABŞ və Rusiya dövlət başçıları Donald Tramp və Vladimir Putinin Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) sammitində görüşünü istisna etməyib.

Qeyd edək ki, Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının yubiley - 25-ci sammiti noyabrın 5-də Vyetnamda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...