Ərdoğanın Rusiyaya səfəri başlayıb - Qarabağ mövzusu masada

Ərdoğanın Rusiyaya səfəri başlayıb -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıb.

R.T.Ərdoğan səfər çərçivəsində Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Türkiyə prezidenti səfərə yol düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, V.Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, Suriya böhranını və bölgədəki digər problemləri müzakirə edəcəklər.

R.T.Ərdoğan xatırladıb ki, ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putinin Suriya ilə bağlı birgə bəyanat veriblər və Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini vurğulayıblar. Türkiyə prezidenti bu məsələni V.Putinlə müzakirə edəcək.

R.T.Ərdoğan Rusiya ilə birlikdə həyata keçirilən "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi, “Türk axını” təbii qaz kəməri layihəsinin vəziyyətini də V.Putinlə müzakirə edəcəklərini vurğulayıb. O, Rusiyadan sonra noyabrın 14-də Küveytə, noyabrın 15-də isə Qətərə səfər edəcək. Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Рейтинг@Mail.ru
Loading...