“Ölkədə 24 saat ərzində zəlzələlər ola bilər” - Qurban Yetirmişli

“Ölkədə 24 saat ərzində zəlzələlər ola bilər” -

"Bu gün yeraltı təkanların episentri Ağdam ərazsində - Quzanlı kəndi ərazisinə düşür. Zəlzələnin dərinliyi 25 km.-dir”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli "Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, yeraltı təkanlar digər rayonlarda da hiss edilib.

"Ümumilikdə zəlzələnin gücü hardasa 6 bala olub. Zəlzələ orta güclü hesab edilir. Yeraltı təkanlar respublikanın çox rayonlarında hiss edilib. Ağcabədi, Beyləqan, Mingəçevr, Gəncə, Qəbələ, Şəki, Zaqatala rayonlarında hiss edilib. Yeraltı təkanlar ətraf rayonlar üzrə 3-4 bal gücündə hiss edilib”, - deyə Q.Yetirmişli bildirib.

Alimin sözlərinə görə, yeraltı təkanlar 24 saat ərzində davam edə bilər: "Bundan sonra da avterşoklar davam edəcək. İnsanlar narahat olmasınlar. Zəlzələ dağıdıcı deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...