“Ən xırda kəndin problemi belə…” - İlham Əliyev mesaj verdi

“Ən xırda kəndin problemi belə…” -

"Abşeron rayonunda işlər çox yaxşı gedir. Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıb”.

Gundeminfo.az xəbər verir ki, rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilib, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur: "İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunub. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək”.

Prezident əlavə edib ki, biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq: "Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
601 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...