Prezidentdən idmançılarla bağlı daha bir sərəncam

Prezidentdən idmançılarla bağlı daha bir sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Gözəl Tahir Abdolbari oğlu, Qayıbov Fərid Fazil oğlu və Məmmədov Elxan Salhab oğlu Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif ediliblər.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adlar verilib:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu
Babayev Nağı Məcidoviç
Davudov Vaqif Cəlil oğlu
Əhmədov Kamal Məhəmməd oğlu
Əliyev Qərib Tələt oğlu
Hüseynov Firat Alışan oğlu
Meftahəddinova Zemfira Əli qızı

“Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

“Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu.

İ. Əliyevin daha bir sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
322 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...