Rusiya Ermənistanı batırır - beynəlxalq agentlik

Rusiya Ermənistanı batırır -


“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatını təhdid edən riskləri açıqlayıb. Virtualaz.org saytı xəbər verir ki, agentlik Ermənistanın Rusiyadakı iqtisadi geriləmədən ciddi ziyan çəkdiyini bildirir.

Rusiyadakı iqtisadi geriləmənin Ermənistana təsiri əsasən erməni miqrantların göndərdiyi pulların azalmasındadır. Həmçinin Azərbaycan ərazilərini işğal altında saxlaması ucbatından Ermənistanın gərgin regional vəziyyəti iqtisadiyyat üçün əsas təhdidlərdən birini təşkil edir. Rusiyadakı miqrantların Ermənistana göndərdiyi pullar 2014-cü ildə bu ölkənın ÜDM-nin 13 faizini təşkil edirdi. Lakin bu ilin birinci beş ayında Rusiyadan göndərilən pullar 40 faiz azalıb.

Ermənistanın xarici borcu ÜDM-in 42.6 faizini təşkil edir. “Fitch” bildirir ki, bütün bu risklər Ermənistanda iqtisadi artım proqnozlarına yenidən baxılmasına səbəb olub. Agentlik bu il Ermənistanda iqtisadi artımın cəmi 0,5 faiz olacağını açıqlayıb. “Fitch” habelə xəbərdarlıq edib ki, Ermənistanın geosiyasi vəziyyəti iqtisadiyyatı gərginlikdə saxlayır. Belə ki, Azərbaycanla münaqişə istənilən vaxt irimiqyaslı müharibəyə çevrilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...