Naxçıvan sakinlərinə şad xəbər: dəmiryolu xətti bərpa olunur

Naxçıvan sakinlərinə şad xəbər:

Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək.
Gundeminfo.az xəbər verir ki, bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.

Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır. M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: "Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...