Elman Rüstəmov bitcoinlə bağlı əhaliyə müraciət etdi

Elman Rüstəmov bitcoinlə bağlı əhaliyə müraciət etdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov kriptovalyutalarla bağlı Azərbaycan əhalisinə müraciət edib.

"APA-Economics" xəbər verir ki, E.Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib.

"Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki, burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır", - deyə E.Rüstəmov vurğulayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 


XƏBƏR LENTİ
Loading...