BAKIDA YANĞIN VƏ AZƏRBAYCANIN İŞLƏNMİŞ TƏKƏR PROBLEMİ

BAKIDA YANĞIN VƏ AZƏRBAYCANIN İŞLƏNMİŞ TƏKƏR PROBLEMİ

Dünən Bakını dəhşətli bir qara tüstü bürümüşdü. Səbəb sadədir tullantı kimi yığılmış avtomobil şinlərinin olduğu ərazi idi. Bu problem Azərbaycanda kifayət qədər ciddidir. Ölkəyə hər il 500 min ədədə yaxın təzə və işlənmiş şin idxal olunur İstifadəyə yararsız şinlər isə böyük və kiçik satış nöqtələrində yığılıb qalır. İstifadəyə yararsız şinlərin Azərbaycanda təkrar emalı həyata keçirilmədiyindən onlıarın yullantı kimi atılması zərurəti yaranır. Lakin hara? Bu gün sahibkarlarla bu mövzuda söhbət etdim. Deməli problem kifayət qədər qəlizdir. İstifadayə yararsız şinləri yandırmaq olmaz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq idarələri yüksək məbləğdə cərimə tətbiq edir. Fövqaladə Hallar Nazirliyi də təkər yandıranlara qarşı ağır və sərt cəzalar tətbiq edir. İstifadəyə yararsız təkərləri təhvil vermək üçün heç bir emal müəssisəsi yoxdur. Sahibkarlar bazardan təkərlərin yığılıb daşınması üçün hər yük maşınına 50-100 manat pul ödəyirlər. Lakin Bakı ətrafı zibilxanalara təkər atmaq qadağandır. Məcburi qaydada sovet dönəmində qalan fəaliyyətsiz iri zavodların həyətlərinə daşınır və orada yığılıb qalır. Və bir gün də hansısa sahibkar yer boşaltmaq üçün yanğın törədir...

Nəticə etibarilə də Azərbaycanda illərlə yığılıb qalan təkər qəbiristanlıqları yaranır. Sübut olunub ki, təkər şinləri 1000 (min il) çürüyərək torpağa qarışmır - Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə iqtisadçı-ekspert Razi Abasbəyli yazıb. Ekspert yanğının ölkədə olan mühim bir problemə diqqətləri çəkdiyini vurğulayıb.

- Dünyada ən böyük təkər ixracatçısı olan Almanıyada nə edirlər? Almaniya bu problemin həllində dövlət səviyyəsində maraqlıdır. Belə ki, istismarda olmuş təkərlərin ölkədən xaric edilməsi ilə məşğul olan müəssisələr dövlətdən xüsusi imtiyazlar alır və ölkəni tullantı ərazisi olmaqdan azad etmək rolunu oynayır. Baxmayaraq ki, bu ölkədə işlənmiş tullantı təkərlərin utilizasiyası və təkrar emalı ilə məşğul olan onlarla sənaye müəssisəsi mövcuddur, Almaniya öz ərazisinə işlənmiş, tullantı təkərlərin idxal edilməsində deyil, əksinə, ölkəsindən digər ölkələrə ixrac edilməsində maraqlıdır.

Dünyada demək olar ki, çox az sayda ölkə işlənmi, tullantı təkərlərin idxalına icazə verir. Ən başlıca səbəb odur ki, təkər öz quruluşuna görə, yağıntılar zamanı içərisinə dolmuş suyu, demək olar ki, heç vaxt xaric edə bilmir. Bu isə o deməkdir ki, bir tərəfdən çoxlu sayda tullantı təkərlərin toplandığı sahələr, gəmiricilərin və həşəratların sevimli məkanına çevrilərək yoluxucu xəstəliklərin mənbəyi və onların yayılması üçün münbit şərait rolunu oynayır, digər tərəfdən, təkər neft-kimya qarışığı olduğundan tezalışan və yanıcı maddə olaraq yanğın təhlükəsi daşıyır.
Azərbaycanda istismar edilən minik avtomobillərinin təkər dəyişmə intervalı (dövrü) maksimum dörd ildir. Nəzərə alsaq ki, yeni təkərin protektorunun qalıq dərinliyi 8 mm-dir və qanunumuzla 1,6 mm olduqda o, yenisi ilə əvəz edilməlidir, belə nəticəyə gəlmək olar ki, təkərlər orta hesabla hər il təqribən 1,6 mm aşınır və dörd ildən sonra 1,6 mm qalıqla tullantıya çevrilir.

İstehlakçı sıradan çıxmış təkərlərin yenisi ilə əvəz edilməsini düşünərkən, işlənmiş təkər qiymətinə görə ona daha cazibədar göründüyündən onu alır. Lakin düşünməlidir ki, bir dəst yeni və təhlükəsiz təkər əvəzinə dörd dəst təhlükəli təkər istifadə etmiş olur. Bir tərəfdən, daima təhlükəli şinlərdən istifadə edir, digər tərəfdən, dörd il ərzində dörd dəst təkərə pul xərcləyir, dörd dəfə vaxt itirir və dörd dəfə xidmət haqqı ödəyir.
Hesab etsək ki, istehlakçı “işlənmiş təkər”i dörd il deyil, üç il deyil, heç iki il də istifadə edə bilməyəcək, bu dörd il ərzində o bir neçə dəst “işlənmiş təkər” alaraq nəticədə daha çox vəsait xərcləməli olacaq. Azərbaycan isə qat-qat daha çox tullantı sayına malik olacaq və bu problemi həll etməli olacaq. Bu gün həll edə bilməzsə, gələcək nəsillərə həll olunması müşkül olan dəhşətli bir problem miras qoyacaq.
Beləliklə bu işin sonunda qazanan tərəf “işlənmiş, tullantı təkərləri” öz ölkəsindən ixrac edən ölkə, itirən tərəf isə həm ölkəmiz və gələcək nəsillər, həm də sahibkar və istehlakçılarımızdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...