İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi

İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi

Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib. Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.

Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.
İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi

“Qafqazinfo” qeyd edir ki, Ə. Həbibbəyli millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...