Etimad İsmayılov sabah Nardaran qəbiristanlığında dəfn olunaca

Etimad İsmayılov sabah Nardaran qəbiristanlığında dəfn olunaca

“Etimad İsmayılovun cənazəsi bu gün Bakı vaxtilə axşam 20.40-da İstanbuldan yola salınacaq. Cənazəsi sabah səhər saat 11.00-da atası İlyas müəllimin evindən götürüləcək. İlyas müəllim ailəsi ilə birgə Nardaranda yaşayır. Etimad İsmayılov Nardaran qəbiristanlığında da dəfn olunacaq”.
Bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.
Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...