Hansı müsəlman ölkəsi necə qeyd edir? - Aşura

Hansı müsəlman ölkəsi necə qeyd edir? -

Bu gün Azərbaycanda Aşura günü qeyd olunur.

Məhərrəm ayının onuncu gününü bildirən Aşura günü ilə bağlı İslam aləmində ciddi fikir ayrılığı var. Bu fikir ayrılığına görə mərasim əsasən bir-birinin əksini nümayiş etdirəcək şəkildə keçirilir.
Bütün bunlar bu günə aid fikirlərin fərqliliyindədir. Ümumiyyətlə İslam aləmindəki ən vacib hadisələr bu gün ilə əlaqələndirlir.

Buraya Adəmin tövbəsinin qəbul edilməsi, Nuhun gəmisinin torpağa çıxmağı, İbrahimin alovlarda yanmaması, Musanın və qövmünün azad olması və fironun dənizdə boğulması, Yaqub peyğəmbərin oğlu Yusifə qovuşması, imam hüseynin Kərbəla hadisələri və s ən bir çox önəmli hadisələr aid edilir.

Bu günün vacibliyini göstərmək üçün yuxarıda çəkilən nümunələri əsasən iki yerə bölmək olar. Buradakı fikir ayrılığını Kərbəla hadisələrini ( şiə və ələvilər) və digərlərini əsas götürənlər olaraq bölmək olar. Bu səbəbdən də bir qrup bu günə bayram kimi baxdığı halda digər qrup bunu faciə kimi qeyd edir.

Modern.az Aşura gününün digər İslam ölkələrdə necə keçirildiyini araşdırıb.

Əvvəlcədən qeyd etmək lazımdır ki, göstərilən adətləri həmin ölkələrdə yaşayan hər bir müsəlmana aid etmək olmaz. Bu qayda yalnız İran üçün aid edilməyə bilər. Belə ki, İran rəsmi olaraq şiəliyi təbliğ etdiyi üçün və burada hər bir şey dövlət tərəfindən tənzimləndiyi üçün bu ölkə istisna təşkil edir.

İranda bu hadisə dövlət səviyyəsində qeyd edilir. Bu gündə iş yerləri bağlanır. İnsanlar qaraya bürünərək bir yerə toplaşır, ürək dağlayan hekayələr danışıb və özlərindən qan çıxarırlar. Bu gündə Kərbəlada ölənlərlə həmrəylik nümayiş etdirirlər. Həmçinin bu gün Kərbəlada baş verənlər səhnələşdirilir və insanlara nümayiş etdirilir. Həmçinin Aşura günü ilə əlaqədar Kərbəla şəhidlərinin adına ehsanlar paylanılır.

Livanda da bu gün müsəlmanlar qara geyinib, bir yerə toplaşıb din xadimləri tərəfindən danışılan ürək dağlayan hekayələrə qulaq asar, hüzn nümayiş etdirərlər. İrandan fərqli olaraq özündən qan çıxarmaq adətinə bu ölkədə elə də əməl edilmir. Burada da insanlar din xadimləri tərəfindən Kərbəla hadisələri barədə maarifləndirmə işləri aparılır.

İraqda da İran və Livan kimi bu gün Kərbəla hadisələri timsalında keçirilir. Bu gündə insanlar qara geyinərək böyük yürüşlər təşkil edir, Kərbəla hadisələrini səhnələşdirir və özlərindən qan çıxararaq həmrəylik nümayiş etdirirlər. Burada da ehsanlar paylanılır və insanlar “Ya Hüseyn”, “Ya məzlum” və “Ya şəhid” kimi şüarlar səsləndirilər.

Türkiyədə bu gün əsasən Nuhun gəmisinin torpağa çıxdığı gün kimi, yəni daha çox yaxşı hadisələrlə bağlı qeyd edilir. Aşura günündə oruc tutulur və Aşura adlanan xüsusi yemək hazırlanır. İnanca görə, bu yemək Nuh peyğəmbərin gəmisinin torpağa çıxdığı gün gəmidə qalan ərzaqlardan hazırladığı xilas yeməyi olub. Bu yemək hazırlanır və ehsan kimi yaxın adamlara paylanılır. Həmçinin Aşura namazı qa qılınır.

Səudiyyə Ərəbistanında da bu gün yaxşı hadisələrlə əlaqədar qeyd edilir. Burada da insanlar oruc tutur, Aşura yeməyi hazırlanır və bu günə xas namaz qılınır.

İndoneziyada da Aşura Türkiyə və Səudiyyə Ərəbistanındakı kimi qeyd edilir. Burada da müsəlmanlar oruc tutur, namaz qılır və Aşura yeməyini hazırlayırlar.

Bu sözün etimologiyasına nəzər salaq. Aşura sözünün bir çox dillərdə keçdiyi iddia edilir. Bu söz həm ərəb dilində 10 rəqəmini bildirən “aşr”, “aşir” və dəvə mənasını verən “işr” sözlərindən törədiyi iddia edildiyi kimi, eyni zamanda qədim ibrani dilindən “aşür” sözündən gəldiyini də qeyd edirlər.

Xatırladaq ki, Aşura günü yəhudi dinində də qeyd edilir. Bu gün yəhudilərdə fironun hakimiyyətindən azad olduqları gün hesab edildiyindən əsasən yeddinci ay olan Tişr ayının onuncu günü kimi qeyd edilir. Bu günü yəhudilər bayram günü kimi qeyd edərək bütün il boyu günahlarından təmizlənmək üçün oruc tuturlar. Aşura günü yəhudilərə oruc tutmaq vacibdir.

Qeyd edək ki, İslamda Aşura günü oruc tutmaq adətinin yəhudilərdən keçdiyi rəvayət olunur. Belə ki, rəvayətə görə Mədinəyə hicrət edən Məhəmməd peyğəmbər burada yəhudilərin bu gün oruc tutduqlarını görür. Onlardan həmin gün Musa peyğəmbərin də oruc tutduğunu öyrənən Məhəmməd peyğəmbər özü də oruc tutmağa başlayır və müsəlmanlara da oruc tutmağı tapşırır. Lakin bir fərq var ki, yəhudilərdə bu gün oruc tutmaq vacib olduğu halda müsəlmanlarda oruc vacib sayılmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...