199 nömrəli avtobusdan şikayət var - VİDEO

199 nömrəli avtobusdan şikayət var -

“199 nömrəli marşrutda vəziyyət acınacaqlıdır”.

Bunu Cebhe.info-ya şikayətində sərnişin İlahə Ömərova deyib. O bildirib ki, problem daha çox axşamlar, hamı işdən çıxdıqdan sonra, saat 18:00-dan etibarən yaranır:

“Avtobusa minmək istəyənlərin sayı çox olur, minmək isə mümkün olmur. Qoca, cavan, tələbə hamı bu avtobusun əziyyətini çəkir. 20-30 dəqiqədən bir avtobus gəlir ki, o da dolu olur. Bəs insanlar evinə necə getsin?”

Şikayətçi həmçinin qeyd edib ki, 199 nömrəli avtobusun sürücüləri sərnişinlərə qarşı kobudluq edir:

“Qışqırırlar, normal davranmırlar. Arxa qapını açmırlar ki, insanlar heç olmasa, bir az rahat minsin”.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənmək istəsək də, cəhdimiz baş tutmadı.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...