Putinlə vəliəhd razılaşdı – Neft 5 faizə qədər bahalaşdı

Putinlə vəliəhd razılaşdı –

Dünya birjalarında neft Rusiya və Səudiyyə Ərəbistanı arasındakı razılaşmadan sonra 5 faizə qədər bahalaşıb.

Qafqazinfo xəbər verir ki, İCE London birjasında Brent markalı neft 4,91 faiz bahalaşaraq barreli 62,4 dollara yüksəlib. WTI markalı neftin yanvar fyuçersi isə 5,38 faiz bahalaşaraq barreli 53,66 dollara çatıb.

Qeyd edək ki, ötən şənbə Rusiya dövlət başçısı Vladimir Putin bəyan etmişdi ki, Rusiya və Səudiyyə Ərəbistanı OPEK+ sazişini uzatmaqla bağlı razılıq əldə ediblər, lakin dəqiq həcmlə bağlı məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...