Sanksiya zərbəsi: Rusiya təyyarə istehsal edə bilmir

Sanksiya zərbəsi:

Rusiyanın MC-21 təyyarəsi ABŞ sanksiyaları ucbatından kompozit qanadlar üçün lazım olan materialları əldə etməyə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Məlumata görə, buna səbəb Rusiyanın “Aerokompozit” və Romaşin adına “Texnologiya” müəssisələrinin qara siyahıya düşməsindən sonra ABŞ-ın “Hexcel” və Yaponiyanın “Toray İndustries” şirkətlərinin Rusiyaya kompozit qanadların yaradılması üçün gərəkli olan komponentlərin tədarükünü dayandırması olub. Belə ki, Rusiyada olan ehtiyat hissələrinin yalnız altı təyyarənin istehsalına bəs edəcəyi vurğulanıb.

Bildirilib ki, tədarük yaxın zamanlarda bərpa olunmayacağı təqdirdə Rusiya bu kompozitləri ya Çindən almalıdır, (onlar hazırda Rusiyanın istifadə etdiklərindən iki dəfə ağırdırlar), ya da öz müəssisələri ABŞ və Yaponiya şirkətlərinə bənzər məhsul istehsal etməyi öyrənməlidir. Üçüncü variant kimi, Moskvanın kompozit qanadlardan imtina edib, onun tam metal qanadlara keçməklə istehsal etməyi nəzərdə tutduğu açıqlanıb. Qəzet Moskvanın üçüncü variantı seçəcəyi təqdirdə bu təyyarəni rəqabət üçün gərəkli olan əsas keyfiyyətindən məhrum edəcəyini bildirib.

Qeyd edək ki, MC-21 sərnişin təyyarəsidir. Bu təyyarənin seriyalı istehsalı 2017-ci ilin əvvəli üçün nəzərdə tutulsa da, sonradan bu layihə 2019-cu ilə qədər təxirə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...