Bu gün Ermənilərin Bakı metrosunda törətdiyi terrorun 25-ci ildönümüdür

Bu gün Ermənilərin Bakı metrosunda törətdiyi terrorun 25-ci ildönümüdür

Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda onlarla terror aktı həyata keçiriblər. Bu gün Bakı Metropolitenində törədilən terror aktından 25 il ötür. Həmin hadisə zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb. Ermənilər Azərbaycanda nəqliyyatın bütün növlərində terror aktı törədiblər. o cümlədən də metroda.

Gundeminfo.az qeyd edir ki, Erməni terrorizmi beynəlxalq ictimaiyyətin tanıdığı bir faktdır. Ermənistan dövləti də terrorçulara dəstək verir. Amma buna görə, Ermənistana heç bir təzyiq olmur.

Qeyd edək kİ, 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində metronun “20 Yanvar” stansiyasında terror aktı törədilib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Azərbaycanın hüquq-mühafizə orqanları bunun bir terror aktı olduğunu və onu Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını bildirir. Yenə həmin il – 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 may” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib. Rəsmi versiyaya görə Ermənistan xüsusi xidmət orqanları bir Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edərək onu metronu partlatmaq tapşırığı ilə Bakıya göndəriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...