"Tələbələr ölər, amma şərəfsizliyi qəbul etməz..." - İranda etirazlar

"Tələbələr ölər, amma şərəfsizliyi qəbul etməz..." -

Son günlərdə İranda hicaba etiraz aksiyaları vüsət alıb. Yarı-rəsmi ISNA xəbər agentliyi universitet tələbələrinin kampusda icbari baş örtüyünə qarşı aksiya keçirdiyini bildirib.

Məlumatda deyilir ki, qız və oğlanlardan ibarət tələbə qrupu hökumətin geyim kodunu dəstəkləyən Tehran Universiteti tələbələri ilə toqquşub.

Sosial media istifadəçiləri bildirib ki, nümayiş İncəsənət Universitetində tələbələrin şüarlar səsləndirmələri ilə başlayıb. Onlar məcburi geyim kodu, işsizlik və jurnalistlərin həbsinə etiraz edib.
"Tələbələr ölər, amma şərəfsizliyi qəbul etməz..." -

Videoların birində "tələbələr ölər, lakin şərəfsizliyi qəbul etməz" şüarının səsləndiyi göstərilir.

♦️ویدئو کوتاه |تجمع اعتراضی دانشجویان تهران به حجاب اجباری: دانشجو می‌میرد ذلت نمی پذیرد pic.twitter.com/4XsSvUsS0E

— VOA Farsi (@VOAIran) 13 мая 2019 г.
İranda qadınlardan ictimai yerlərdə başlarını ötrməsi tələb olunur. Bu qaydanı pozanları ya 2 aylıq həbs cəzası, ya da 25 dollara qədər cərimə gözləyir.

İSNA bildirib ki, insan haqları müdafiəsçisi, vəkil Nəsrin Sotude anti-hicab mövqeyinə görə may ayında 7 il azadlıqdan məhrum edilib.

İran rəsmiləri 2017-ci ildə onlarla qadının baş ortüyünü çıxarmasından sonra sərt tədbirlərə əl atıb.



İranda məcburi baş örtüyünü ictimaiyyət qarşısında itaətsizlik əlaməti olaraq çıxararaq, hijab əleyhinə etirazları ilhamlandıran gənc qadın bir il müddətinə həbsə məhkum edilib, lakin onun vəkilinin bildirdiyinə görə, ali dini rəhbər tərəfindən əfv olunub.

Vəkil Payam Derefşan aprelin 14-də bildirib ki, məhkəmə 2018-ci ilin noyabr ayında həbs edilmiş Vida Movahidi mart ayında ictimaiyyəti "əxlaqsızlığa" təşviq etməkdə günahkar tanıyıb.

“İnqilab küçəsindəki qız” kimi tanınan 32 yaşlı Movahid 2017-ci il dekabrın 27-də baş örtüyünü çıxarıb, onu havada yellədəndən sonra qısa müddətə həbs edilmişdi. (VOA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...