Filippin Kanadadakı səfirini geri çağırdı - Zibilə görə

Filippin Kanadadakı səfirini geri çağırdı -

Filippin hökuməti tullantıların daşınması ilə bağlı problemlə əlaqədar Kanadadakı səfirini geri çağırıb.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Filippin XİN rəhbəri Teddi Loksina bildirib ki, Kanada hökumətinə 2013-cü ildə ölkə ərazisinə qanunsuz şəkildə gətirilmiş tullantıların kənarlaşdırılması ilə bağlı verilmiş möhlətin müddəti bitib.

“Ötən gün səfirin və konsulun geri çağırılacağı ilə bağlı rəsmi məktub göndərilib”, - deyə Loksina bildirib.
Xatırladaq ki, aprel ayında Filippin prezidenti Rodriqo Duterte ölkəsini “zibilliyə döndərmiş” Kanadaya “müharibə elan edəcəyi” ilə bağlı xəbərdarlıq etmişdi. Məlumata görə, özəl şirkətlər Kanadadan tonlarla tullantını qanunsuz yolla Filippin ərazilərinə boşaldır.

Ətraf mühit fəallarının etirazına baxmayaraq, Kanada hökuməti özəl daşıyıcıları buna vadar etməyə səlahiyyətinin olmadığını bildirərək, tullantıların Filippindən çıxarılması ilə bağlı tələbləri rədd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...