Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Bu il iyunun 1-2-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək.

Gundeminfo.az AZƏRTAC-ın Naxçıvan bürosuna istinadən xəbər verir ki, festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçiriləcək.

Tədbirdə göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...