Azərbaycanda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı - FOTOLAR

Azərbaycanda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı -

Sosial şəbəkələrdə Zaqatala rayonunda 1 saylı orta məktəbin yararsız vəziyyətdə olduğuna dair fotolar paylaşılıb. Məktəbdə yüzlərlə şagirdin oxuduğu, lakin istifadə edə biləcəkləri normal bir ayaqyolunun belə olmadığı iddia edilir.

Zaqatala Rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə məktəbə aid olduğu iddia edilən fotogörüntülər həqiqəti əks etdirmir:

“Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin sanitar qovşağının vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar tamamilə yalandır. Belə ki, qeyd olunan məktəb 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib, məktəbdə yeni istilik sistemi quraşdırılıb.

Məktəbin sanitar qovşaqları tədris binasının daxilindədir və işlək vəziyyətdədir. Məktəbin həyətində sanitar qovşaq yoxdur. Yayılmış şəkillər və məlumatlar həqiqəti əks etdirmir”. Qeyd edək ki, sözügedən məktəbdə 528 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 77 müəllim məşğul olur.

Azərbaycanda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı -
Azərbaycanda məktəb tualeti adı ilə yayılan fotolar yalan çıxdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...