"Son illər müəllim olmaq istəyən kişilərin sayı artıb" - Təhsil naziri

"Son illər müəllim olmaq istəyən kişilərin sayı artıb" -
"Azərbaycanın təhsil sistemində, məktəblərdə qadınlar üstünlük təşkil edir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsil sistemində çalışan kişilərlə qadınların nisbətinin qısa müddət ərzində bərabərləşəcəyini gözləmək düzgün olmaz: "Biz kişilərin də müəllimlik peşəsinə olan maraqlarını müşahidə edirik.

Son illər müəllim olmaq istəyən kişilərin sayında da artım var. Biz bunu böyük məmnunluq hissi ilə qarşılayırıq. Təbii ki, hər zaman balansın qorunması vacib məsələlərdən biridir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...