Rus dili tərcüməçisi Türkiyəni necə satıb? - Detallar

Rus dili tərcüməçisi Türkiyəni necə satıb? -

Türkiyənin istintaq orqanlarının apardığı araşdırmalar nəticəsində Adnan Oktarın liderlik etdiyi mütəşəkkil cinayətkar dəstənin FETÖ terror qruplaşması ilə yaxın əlaqələrinin üstü açılıb.

Axar.az xəbər verir ki, dəstənin saxlanılan üzvlərinin ifadələri, həmçinin aşkar edilmiş elektron məktublar Oktar və tərəfdarlarının 15 iyul çevriliş cəhdindən xəbərdar olduğunu sübut edib.

İstintaq nəticəsində həmçinin Türkiyə Xarici İşlər Nazirliyində çalışan və dəstə ilə əməkdaşlıq edən rus dili tərcüməçisinin Türkiyə ilə Rusiya arasında aparılan “Krım və Akkuyu nüvə elektrik stansiyası” ətrafında danışıqlarda iştirak etdiyi və görüşlər zamanı etdiyi qeydləri dəstəyə ötürdüyü məlum olub. Tərcüməçi bundan əlavə 2018-ci ildə Türkiyə XİN nümayəndələrinin Rusiya səfəri və aparılan Suriya danışıqlarına dair məlumatları da gizli yollarla ötürməyə müvəffəq olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...