İşdən qovulduğu üçün kivi ağaclarını kəsdi, üç il iş verildi

İşdən qovulduğu üçün kivi ağaclarını kəsdi,

Masallı Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Allahşükür Əlirzayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əlirzayev üç il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub. İş üzrə zərərçəkmiş şəxs Aşur Mahmudovun mülki iddiası baxılmamış saxlanıb.

Hökmdən narazı qalan məhkum və zərərçəkmiş Aşur Mahmudov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini təmin etməyib.

İttiham aktına əsasən, bir müddət əvvəl A.Əlirzayev Masallı rayonu, Hüseynhacılı kənd sakini A.Mahmudova məxsus təsərrüfatdakı kivi bağında suçu işləyib. Daha sonra o, həmin təsərrüfatda çoban işləyən X.Kərimovun qızı ilə nişanlanıb. Lakin onun qısqanclıq hərəkətlərinə görə qız tərəfindən nişanı qaytarılıb.

Bu işlə əlaqədar təsərrüfatın sahibi A.Mahmudov qız tərəfinin mövqelərini müdafiə edərək, onu təsərrüfatdan qovub.

A.Əlirzayev A.Mahmudovun bu hərəkətindən sonra ondan qisas almaq qərarına gəlib və onun mülkiyyətində olan təsərrüfatındakı bağda yetişdirilən 402 ədəd kivi ağacını istintaqa məlum olmayan kəsici alətlə qəsdən kəsərək məhv edib. O, zərərçəkmiş şəxsə külli miqdarda, yəni 52 min 260 manat dəyərində maddi ziyan vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...