Rusiya Trampın “Twitter”də “ən sevimli” ölkəsidir

Rusiya Trampın “Twitter”də “ən sevimli” ölkəsidir

ABŞ Prezidenti Donald Trampın dövlət başçısı seçildikdən sonra “Twitter” sosial şəbəkəsindəki paylaşımlarında ən çox adını çəkdiyi ölkələr arasında Rusiya birinci olub.

Bu, ekspertlərin 2016-cı ildən bəri D.Trampın “Twitter”dəki paylaşımlarını araşdırdıqdan sonra məlum olub.

ABŞ lideri bu müddət ərzində xarici dövlətlərin adını 1384 dəfə çəkib. Rusiya D.Trampın ən çox adını qeyd etdiyi ölkə olub. Ağ Ev rəhbəri şimal qonşumuzun adını 297 dəfə çəkib.

Siyahıda sonrakı yerləri müvafiq olaraq Şimali Koreya, Çin və Meksika tutur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...