Bakıda yük maşını polis şöbəsinə çırpıldı - FOTOLAR

Bakıda yük maşını polis şöbəsinə çırpıldı -

Bakıda polis şöbəsinə yük maşını girib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, yük maşını 37 nömrəli polis şöbəsinin qapısını qırıb, divarın bir hissəsini dağıdıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib:

“Sürücü dönmə əməliyyatını yerinə yetirən zaman səhvə yol verib və nəticədə yük maşını şöbənin divarına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.


Bakıda yük maşını polis şöbəsinə çırpıldı -
Bakıda yük maşını polis şöbəsinə çırpıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...