“İstefalardan xəbərim var, lakin səbəbini bilmirəm” - Şəfiqə Məmmədova

“İstefalardan xəbərim var, lakin səbəbini bilmirəm” -

“İttifaqdan istefalarla bağlı xəbərim var, lakin istefaların səbəbini bilmirəm”.

Gundeminfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova deyib.

Sədr İttifaqdan istefalarla bağlı yayılan məlumatı təsdiqləyib, lakin üzvlərin istefa səbəblərini bilmədiyini deyib: “Yaxın vaxtlarda onların çıxmağının səbəbi dəqiq bilinəcək”.

Qeyd edək ki, mətbuatda qurumun üç üzvünün - rejissor Yusif Quliyevin, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyevin üzvlükdən azad olunmaq haqda müraciət etməsi xəbəri yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...