Millət vəkilinin saxlanılan oğlu - FOTOLAR

Millət vəkilinin saxlanılan oğlu -

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı barəsində bu gün məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.

Mirhəmid Nərimanlı özünü vergi orqanlarına “Relax” istirahət mərkəzinin vəzifəli şəxsi kimi təqdim edib.

Qeyd edək ki, deputatın qardaşı oğlu Orxan Nərimanlı barəsində də məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib. M. Nərimanlı, O. Nərimanlı və bir neçə başqa şəxs Lerikdə yerləşən “Relax” istirahət mərkəzinə gələn vergi əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndirilirlər.

“Qafqazinfo” M. Nərimanlının fotolarını əldə edib. Həmin fotoları təqdim edirik:

Millət vəkilinin saxlanılan oğlu -
Millət vəkilinin saxlanılan oğlu -
Millət vəkilinin saxlanılan oğlu -
Millət vəkilinin saxlanılan oğlu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...