Gəncədə saxta içkilər: sex bağlandı - FOTOLAR

Gəncədə saxta içkilər: sex bağlandı -

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

AQTA-dan verilən məlumata görə, məlum olub ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 189 ədəd satış məqsədilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib.

Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncədə saxta içkilər: sex bağlandı -
Gəncədə saxta içkilər: sex bağlandı -
Gəncədə saxta içkilər: sex bağlandı -
Gəncədə saxta içkilər: sex bağlandı -
Gəncədə saxta içkilər: sex bağlandı -
Gəncədə saxta içkilər: sex bağlandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...