Bakıda yaşayış binasının eyvanı uçdu

Bakıda yaşayış binasının eyvanı uçdu

Bakıda yaşayış binasının eyvanının uçması nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə Nəsimi rayonunda, Nəsibov küçəsi 14-də qeydə alınıb:

"Elə ciddi bir hadisə deyil. Sadəcə, eyvan uçub. Xəsarət alan da yoxdur".

Gülçin Məmmədova əlavə edib ki, eyvanın uçması nəticəsində həmin yerdə yerləşən obyektin 15 kvadrat metr dam örtüyü zədələnib:

"Birinci mərtəbədəki kondisionerə də ziyan dəyib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...