ETSN və MiDA-da rəsmi yoxlama - Palata materialları parlamentə göndərib

ETSN və MiDA-da rəsmi yoxlama -
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

GUNDEMINFO.AZ Palataya istinadla bildirir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil tikintisinə yönəldilən vəsaitlərdən istifadənə dair;

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən geoloji-kəşfiyyat və axtarış işlərinə yönəldilmiş vəsaitlərdən istifadəsinə dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub.

Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
84 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...